İslamda kişinin qadınla məsləhətləşməsinə necə baxılır?

    04.05.2022
Kimdən: 
Aygün
Sual: 
Salam aleykum. İslamda kişinin qadınla məsləhətləşməsinə necə baxılır?
Cavab: 

Və aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çox məsələlərdə öz zövcələri ilə məsləhətləşmişdir. Belə ki, Qureyş müşrikləri ilə Hüdeybiyyə sülhü bağlanan zaman Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) müşriklərlə həmin ildə Məkkəyə girmədən Mədinəyə qayıtmağa razılaşmışdı. Bu səbəbdən Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz səhabələrinə qalxıb gətirdikləri heyvanları kəsməyi və saçlarını qırxmağı əmr etdi. Lakin heç kəs yerindən tərpənmədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu üç dəfə təkrarladı, lakin yenə heç kəs tərpənmədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmənin (Allah ondan razı olsun) yanına girib vəziyyəti ona danışdı. Ummu Sələmə (Allah ondan razı olsun) dedi: "Ey Allahın Elçisi! Sən onların qarşısına çıx və heç kəslə danışmadan gətirdiyin qurbanlıq dəvəni kəs, sonra bərbəri çağırıb saçını qırxdır". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu etdikdə səhabələr qalxıb onun əmrini yerinə yetirdilər". əl-Hafiz İbn Həcər bu hədisi açıqlayaraq demişdir: "Bu hədis məşvərət etməyin fəzilətinə və fəzilətli qadınla məşvərət etməyin icazəli olduğuna dəlalət edir". Həmçinin Uca Allah Quranda Musanın (Allahın ona salam olsun) hekayəsində yaşlı kişinin öz qızının məsləhəti ilə Musanı yanına işçi almasını bildirir. Uca Allah buyurur: "Qızlardan biri dedi: “Ata­can! Onu muzdla işə götür, çünki o, muzd­la işə götür­dük­lərinin ən yaxşısı, güclü və eti­barlı ola­nı­dır”. Yaşlı kişi dedi: “Səkkiz il mə­nə işlə­mək şərti ilə qızla­rım­dan bi­ri­ni sənə ərə vermək istəyi­rəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Mən sənə əziyyət vermək is­tə­­mi­rəm. Allah istəsə mənim əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən”. (əl-Qasas, 26-27).

Teqlər: 
Paylaş: