Ölən insanın geri qayıtması mümkündürmü?

    12.07.2022
Kimdən: 
Zəhra
Sual: 
Salam. Bu yaxinlarda menim atam rehmete gedib Ancaq men cox dusunurem. Bilmek isteyiremki quranda bele bir mocuze varmiki, geri qayida bilsin varsa da, olmasi ucun ne etmek lazimdir. Zehmet olmasa cavablandirardiniz
Cavab: 

Va aleykum Salam. Uca Allah atanızın günahlarını bağışlasın və sizə səbir versin! Uca Allah dünyanı müvəqqəti sınaq yurdu yaratdığı üçün vəfat edən insanları heç vaxt bu dünyaya qaytarmayacaq, amma bir-birini sevən saleh insanlar Cənnətdə əbədi olaraq birlikdə olacaqlar. Sizin üzərinizə düşən xeyirli əməlləri, ibadətləri çoxaltmaq və atanız üçün dua etməkdir. Dua edin ki, günahlarınızı bağışlasın və hər ikinizi Cənnətə daxil etsin. Həmçinin atanız üçün savabı ölmüş şəxsə çatan əməlləri edin. Bu barədə ətraflı oxuyun: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

Teqlər: 
Paylaş: