Sübh namazını vaxtı girən kimi qılmaq olarmı?

    02.11.2022
Kimdən: 
Orxan
Sual: 
Salam aleykum. Misal ucun subh namazi saat 04:35 daxil olur nece deyqeden sonra qilmaq meslehetdir. Ve mekkede subh namazi daxil olduqdan nece deqiqe sonra qilinir
Cavab: 

Va aleykum Salam. Sübh azanı daxil olduqdan sonra ehtiyat üçün 5-10 dəqiqə gözləyib sonra namazı qılmaq məsləhət görülür,  çünki dövrümüzdə çox vaxt dan yerinin sökülməsini gözlə görmək mümkün olmur və namazın vaxtları namaz təqvimlərinə əsaslanır. Təqvimlər isə bir neçə dəqiqə fərqli ola bilər. Məkkədə də Sübh namazının azanı verildikdən sonra təqribən 10-15 dəqiqə sonra Sübh namazı qılınır. 

Teqlər: 
Paylaş: