Namazla bağlı bəzi məsələlər

    12.05.2014
Kimdən: 
Günay
Sual: 
Salam aleykum. Namaz qilirken secdede olanda dirsekler yere deymelidir, yoxsa qollar arali tutulub dirsekler yuxarida olmalidir? Birde dabanlar birleshledirlimelidi? Men birlsehdirmirem. Dabanim ve dirseyim yere deyir. Chunki evvelden bele oyrenmishem. Amma saytlarda heresi bir cure yazir ve adam chash-bash qalir. Bes teshehhudde ayaqlar nece qoyulmalidir? Men herede bir cure gorurem. Bu meselede deqiq hansidir? Yeni ki, (təvərrük qaydasında) oturmalı, bu zaman sağ ayağını (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlamalı və sol ayağını onun altından sağ tərəfə çıxarmalıdır. Birde her namazdan sonra zikr etmek lazimdir, yoxsa meselen, ikisini dalba-dal qiliramsa, axirda bir defelik zikri demek olar?
Cavab: 

Aleykum salam. Namazda dirsəklər yerə dəyməməlidir və dabanlar birləşdirilməlidir. Təşəhhüddə isə sol ayağın üzərində oturulur, sağ ayaq isə dediyiniz kimi şaquli vəziyyətqə qalaraq barmaqların ucları qibləyə tərəf əyilir. Həmçinin, hər bir fərz namazdan sonra zikr etmək yaxşıdır. Ancaq səfərdə və ya xəstə olduqda namazları birləşdirib dediyiniz kimi dalbadal qıldıqdan sonra zikr edə bilərsiniz. 

Teqlər: 
Paylaş: