Qadın heyz olduğunu evdəki kişilərdən gizlədə bilərmi?

    19.07.2022
Sual: 
Salam.Oruc tutanda heyz olduqda tutmursan bunu bəzən evdəkilər (kişi cinsi) soruşur bu vaxt başqa bir şey deyirəm məsələn tuta bilməmişəm və s bu cür olduqda günah yazılmır ki,yalan danışdığıma görə bir də qadın heyz olduqda bunu kişi cinsi bildikdə qadına günah yazılırmı
Cavab: 

Va aleykum Salam. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və saalamı olsun) buyurduğu kimi "Heyz, Allahın Adəm qız­la­rı üçün əzəldən müəyyən etdiyi bir işdir". (əl-Buxari, 294). Odur ki, qadınlar bunu adi qəbul etməli və zərurət olduqda bildirməkdən çəkinməməlidirlər. Ailədə həddi-büluğa çatmış qadın varsa, ailədə olan kişilər başa düşməlidir ki, bu qadınlar heyz ola bilərlər və bunu normal qarşılamalıdırlar. Heyz olan qadından nə üçün oruc tutmadığı və ya namaz qılmadığı soruşulduqda qadın birbaşa deməsə də, eyham ilə bildirməlidir ki, olduğu hal ona oruc tutmağa və namaz qılmağa imkan vermir. Buna görə yalan danışmağa ehtiyac yoxdur. Həmçinin kişinin qadının heyz olduğunu bildiyinə görə qadına günah yazılmır.

Teqlər: 
Paylaş: