Min manat maaş alan şəxs zəkat verməlidirmi?

    13.11.2022
Kimdən: 
Əsgər
Sual: 
Salam mən dövlət işçisiyəm 1000 manat misal üçün maaş alıram, başqa heç nəyim (ev, avto kirayə verməmişəm, əkinim-biçinim yoxdur) yoxdur, mən nə qədər və nə vaxt zəkat, sədəqə, fidyə və xumus verməliyəm. Sizdən çox xahiş edirəm konkret mənim işim və maaşım üçün cavab yazın. Sizə verilən sualların cavablarında oxumuşam zəkat nədir, sədəqə nədir, xumus nədir və kimlərə verilir.
Cavab: 

Va aleykum Salam. Zəkat aylıq maaşdan deyil, yığılan pul vəsaitindən (əgər nisab miqdarına çatarsa və üzərindən bir il keçərsə) verilir. Sədəqə könüllü verdiyinz pul və ya maldır. Xums isə kafirlərlə döyüşdən əldə edilən qənimətin beşdəbiridir. Sualınız əsasən deyə bilərik ki, sizə zəkat düşmür. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: