Yanında məhrəmi olmayan qadın necə səfər edə bilər?

    12.11.2022
Kimdən: 
Gül
Sual: 
Salam deməli uzaq yola çıxanda yanında gərək ər, qardaş, ata, oğul kimi kişilərdən biri olsun deyə bir şey var. Bir qadının əri, qardaşı, oğlu yoxdursa atasıda qoca yaxud yaşamırsa bu qadın nə etsin?
Cavab: 

Va aleykum Salam. Qadının məhrəmsiz səfərə çıxması haramdır, hətta bu səfər Həcc ziyarəti olsa belə. Lakin əgər həqiqətən, qadının məhrəmi yoxdursa və ya məhrəmi səfər etməyə qadir deyilsə, qadının da səfərə çıxması zəruridirsə (müalicə və s. kimi zəruri səfərdirsə) bu halda qadın təhlükəsizlik və əmin-amanlıq olduğu halda səfərə çıxa bilər.

Qadın yanında məhrəmi olmadan həccə gedə bilərmi?

Qadın yanında məhrəmi olmadan xaricə təhsil almağa gedə bilərmi?

Teqlər: 
Paylaş: