Şükür səcdəsi necə olur?
Sual:
Salam aleykum. Shukur secdesi varmi? Nece olur, namazdan sonra, yoxsa namazin axirinci secdesinde? Zehmet olmasa bu haqda etrafli, izahli ve genish melumat vererdiz. Bu menim uchun chox vacibdir.
Cavab:
Aleykum salam. Şükür səcdəsi haqqında rəvayət edilir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu sevindirən yaxud sevindirici bir hadisə baş verəndə xeyirxah və uca Allaha şükür əlaməti olaraq səcdə edərdi".
Şükür səcdəsi namazdan kənar istənilən vaxtda yerinə yetirilə bilən bir səcdədir. Şükür səcdəsində xüsusi bir zikr və ya dua yoxdur.