Cənabət qüslu necə alınır?

    15.05.2014
Kimdən: 
Naməlum
Sual: 
Salam aleykum. Cenabet quslunun deqiq alinma qaydasini deyinde! Birde chimib qutaranda almaq olar cenabet quslunu? Zehmet olmasa etrafli yazin!
Cavab: 

Aleykum salam. Allah dərgahında qəbul olunan qüsl iki növdür:
1) Vacib qüsl: Başa və bütün bədənə su çatdırmaq, ağıza və buruna su çəkmək lazımdır. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.
2) Kamil qüsl: Kamil qüsl almaq üçün "bismilləh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (əl-Buxari). Qüslu yuyunduqdan əvvəl və ya sonra almaq olar. 

Teqlər: 
Paylaş: