Əllərin qaralması dəstəmaz almağa maneə sayılırmı?

    31.01.2023
Kimdən: 
Elvin
Sual: 
Salam aleykum.işlədiyim məkan şərait elədir ki əllərim ,dırnaqlarım qaralır Nə qədər yusam da o qaraltılar getmir.belə olan halda qüsl alsam .qüslum düz sayılmayacaq?
Cavab: 

Va aleykum Salam. Dərinin qaralması dəstəmaz və ya qüsl almağa maneə deyil. Əgər dərinizə su çatırsa, bu halda dəstəmaz və qüsl səhih sayılır. Əgər dəriniz suyun ona çatmasına mane olan bir maddə ilə örtülərsə (məsələn, lak, yapışqan və s.), bu halda bu maddəni təmizləyib sonra dəstəmaz və ya qüsl almaq lazımdır. Ətraflı oxuyun:

Dəstəmazı pozan amillər

Teqlər: 
Paylaş: