Fərz namazından əvvəl qılınan ratibə namazları fərzdən sonra qılmaq olarmı?

    08.02.2023
Sual: 
Salam.Zőhűr işa namazının őnce ferzini qılıb daha sonra sunnesini qılmaq olarmı?Ezan oxunan kimi ferzi qılmaq olar?
Cavab: 

Va aleykum Salam. Fərz namazlarına bağlı olan ratibə sünnələri (sünnə namazları) vaxtında qılmaq daha əfzəldir. Ratibə namazları on iki rükətdir. Bunlar: sübh namazında fərzdən əvvəl iki rükət sünnət, zöhr namazında fərzdən əvvəl iki-iki, cəmi dörd rükət sünnət, fərzdən sonra da son iki rükət sünnət, məğrib namazında fərzdən sonra iki rükət sünnət və nəhayət sonuncu işa namazında fərzdən sonra son iki rükət sünnət qılınır. Səhih hədislərdə bildirilir ki, ratibə namazlarını daima və vaxtında qılana Cənnətdə ev tikilir. Bu namazları qılmağın və daima bunlara riayət etməyin savabı olduqca böyükdür. Lakin əgər zərurət olarsa fərz namazlarından əvvəl qılınan ratibə namazları fərz namazlarından sonra və ya başqa bir vaxtda qılmaq olar. Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: