İşim çıxanda qılmadığım namazları qəza edə bilərəmmi?

    17.02.2023
Kimdən: 
Məlik
Sual: 
Salam men namazi dayandırıb sonra yeniden qiliram arada iş çxanda qıla bilmesem o qeza sayilir ?10 gündü başlamışam
Cavab: 

Va aleykum Salam. Səbəbsiz yerə səhlənkarlıq üzündən buraxılan namazlara görə tövbə etmək lazımdır, bu namazlar qəza edilmir. Yalnız unutmaq və ya yatıb qalmaq kimi üzrlü səbəbdən buraxılan namazları dərhal, yəni xatırlayan kimi və ya oyanan kimi qəza etmək olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Səhih Muslim, 684). Üzrsüz səbəbdən namazın vaxtını keçirən böyük günah qazanır, həm də bu namazı itirmiş sayılır. Ətraflı bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: