Silahla vurulan heyvanın ətini yemək icazəlidirmi?

    17.02.2023
Kimdən: 
Bəhlul
Sual: 
Əssələmu Aleykum Silahla vurulan heyvanın ətini yemək icazəlidirmi Məsələn ov iti olmadan doşanı silahla vurursan kəsənə kimi ölür bu barədə məlumat verərdiz zəhmət olmasa
Cavab: 

Va aleykum Salam. Əgər ovu silahdan vurarkən Allahın adı çəkilibsə (Bismilləh deyilibsə), gətirənə kimi ov ölmüş olsa belə, onu yemək halaldır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “İti ovun üzərinə göndərdiyin zaman Allahın adını çək. Oxu atdıqda da Allahın adını çək!” (Muslim, 3565, 5090). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: