Namazın vaxtı bitəndən az sonra namazı qılmaq sayılırmı?

    01.03.2023
Sual: 
Essalamu eleykum.Namazin vaxti bitennen berez sonra qilsaq Allah qebul eder? Yeni bunla bagli sure var? Yeni Namazin vaxtin bittiyini bilmiyende ve yaddan cixanda
Cavab: 

Va aleykum Salam. Uca Allah beş vaxt namazı müəyyən vaxtlarda vacib edib və namazın qəbul olunmasının şərtlərindən biri də bu namazları vaxtında qılmaqdır. Uca Allah buyurur: "... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103).  Namazın vaxtları barədə ətraflı bu linkdən oxuyun:

Namazın vaxtları ilə bağlı hədis

Əgər namaz şəriətin bildirdiyi üzrlü səbəblər olmadan vaxtından bir dəqiqə tez və ya gec qılınarsa bu namaz qəbul olunmaz. Şəriətin bildirdiyi üzrlü səbəblər isə namaza yatıb qalmaq və ya unutmaqdır. Bu hallar baş verərsə namaz dərhal oyanan kimi və ya yada düşən kimi qılınmalıdır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: