Zina edib sonra tövbə edən qadını Allah bağışlayacaqmı?

    12.04.2023
Kimdən: 
Yusuf
Sual: 
Bır qadin zina edibse ve heqiqeten cox pişman olub ve tovbe edib.. bunun gunahi ne derecede yungullesib..
Cavab: 
Əssələmu aleykum. Etdiyi günah nə olursa olsun Uca Allah səmimi qəlbdən tövbə edən və peşman olan insanı bağışlayır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 53-54). Ətraflı oxuyun:
Paylaş: