Kəbinsiz əlaqədən sonra qadın hamilə qalmışsa bu uşağı dünyaya gətirə bilərmi?

    12.04.2023
Kimdən: 
Allah bendesi
Sual: 
Salam Aleykum. Suala gore uzr isteyirem. eger kebin yoxdusa ve xanim hamile oldugunu oyrenirse. daha sonra kebn kesdirerek hemin usagi dunyaya getirmesi mumkundur yoxsa? umumiyyetle ana betninde usaga kebin nece ayinda mutleqdir?
Cavab: 
Va aleykum Salam. Dinimiz kəbin olmadan kişi ilə qadının yaxınlıq etməsini haram etmişdir. Kəbin olmadan naməhrəm kişi ilə naməhrəm qadının yaxınlıq etmələri zina sayılır və əgər bu yaxınlıqdan sonra qadın hamilə qalarsa, bu uşağı tələf etmək başqa bir günahdır. Bu yaxınlıqdan uşaq dünyaya gələrsə, bu uşaq zinadan doğulan uşaq sayılır. Zinadan doğulan uşaq atasına nisbət olunmur, anasına nisbət olunur. Yəni, şəriətlə bu uşaq kişinin övladı sayılmır. Ətraflı oxuyun:
Paylaş: