Namazdan sonra 33 dəfə deyilən zikrlərdən sonra 11 dəfə "lə iləhə illəllah" deyilirmi?

    12.04.2023
Kimdən: 
Adsiz
Sual: 
Salam aleykum rehmetullah və bereketullahi qardaş namazdan sonra 33 defe subhanallah 33 defe elhamdulillah 33 ALLAHU Ekber deyilir ondan sonra 11 dəfə la illehe illallah deyilirmi yoxsa yox?
Cavab: 

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Fərz (vacib) namazlarından sonra 33 dəfə subhənəllah, 33 dəfə əlhəmdulilləh, 33 dəfə Allahu əkbər, bir dəfə "Lə iləhə İlləllah vəhdəhu lə şərikə ləhu, ləhul-mulk və ləhul-həmd və huvə alə kulli şeyin qadir" deyilir. Ətraflı oxuyun:

Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

Teqlər: 
Paylaş: