Allaha şərik qoşmağın bəzi növləri
1. Allahdan başqasına – Allahın yaratdıqlarından birinə dua etmək
ehtiyacları Allahdan başqasına ərz etmək, yalnız Allaha müraciət etməli olduqları halda Allahın yaratdıqlarından birini Onunla eyniləşdirmək (səni eşidirmiş kimi duasında “Ya Allah” əvəzinə, “Ya filankəs” demək), yalnız Allahdan gözlənilməsi lazım olan nəticələri Allahın yaratdıqlarından gözləmək.
Dua ibadətin ən böyük növlərindəndir. Peyğəmbər ﷺ belə demişdir: “Dua ibadətin elə özüdür”. (ət-Tirmizi, 2969)
Uca Allah buyurur:
“Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir, 60).
Dua ibadətdən sayıldığına görə Uca Allahdan başqasına dua etmək Allaha şərik qoşmaq sayılır. Peyğəmbərə, övliyaya, mələyə, qəbirə və ya digər məxluqlara dua edən kəs Uca Allaha şərik qoşmuş olur. Duanın ibadət və Uca Allahdan qeyrisinə edilməsinin isə Allaha şərik qoşmaq olmasına başqa bir dəlil Uca Allahın bu ayələridir:
“Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar”. (əl-Ənkəbut, 65);
“Allahdan basqa dua etdikləriniz də sizin kimi bəndələrdir” (əl-Əraf, 194);
“Allahdan basqa sənə nə xeyir, nə də zərər verə bilənlərə dua etmə! Əgər bunu etmiş olsan, sübhəsiz ki, özünə zülm edənlərdən olacaqsan!” (Yunus, 106);
“Allahdan qeyri ibadət olunanlar heç bir xeyrin gəlməsinə və ya bəlanın uzaqlaşdırılmasına belə maneçilik törədə bilməzlər” (əz-Zumər, 38);
“De: “Mən ancaq Rəbbimə dua edirəm, ona heç kimi şərik qoşmaram!” (əl-Cinn, 20);
“Məgər heç bir şeyi yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar? Halbuki (şərik qoşduqları) nə onlara, nə də özlərinə bir kömək edə bilər”. (əl-Əraf, 191-192);
“Haqq olan yalnız Allaha olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz. Müsriklərin (şərik qoşanların) vəziyyəti ağzına su almaq üçün iki ovcunu açan,
lakin suyun yetismədiyi adamın vəziyyətinə bənzəyir. Kafirlərin duası zəlalətdən (yol azmaqdan) basqa bir sey deyildir!” (ər-Rəd, 14).
2. Allahdan başqasına, xüsusilə də ölmüş salehlərin qəbirlərinə səcdə etmək.
Peyğəmbər ﷺ demişdir: “Əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin”. (ət-Tabərani, 5/5116)
3. Uca Allah Allahın Evi olan Kəbədən başqa yerləri təvaf etmək (ətrafına dolanmaq)
Uca Allah İslamla əlaqəsi olmayan, insanların uydurduğu içərisində qəbir olan “ziyarətgahları”, “ocaqları”, “pirləri” və s. təvaf etməyi, ətrafına fırlanmağı qadağan etmişdir:
“Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər” (əl-Həcc, 29);
“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”- dedik” (əl-Bəqərə, 125).
Quran ayələrindən də açıq-aşkar göründüyü kimi Allah yalnız Evinin (Kəbənin) təvafına icazə verir.
4. Bəzi varlıqlara – Allaha layiq olmayan adları - “Allahın qızları”, “Allahın oğulları” kimi adlar vermək.
Məsələn, Kitab Əhlinin dediyi kimi ata, oğul və ya bizim dilimizdə işlənən “o kişiyə qurban olum” və s.
Uca Allah buyurur:
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”- deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin!” (əl-Maidə, 72);
“Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır” (ət-Tövbə, 31);
“(Ey Məhəmməd!) Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!”- demişdin? İsa cavabında deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!” Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbimiz olan Allaha ibadət edin!” (əl-Maidə, 116-117).
5. Allahdan başqasının adına qurban kəsmək.
Uca Allah belə buyurur:
“O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir” (əl-Bəqərə, 173);
“Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər, 2).
Həzrət Əli rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin!” (Muslim, 5241, 5239)
6. Uşaqlara Allaha şərik qoşmağı xatırladan adlar qoymaq.
Məsələn, Pirqulu, Pirverdi, İmamverdi, Ocaqverdi, Həsənqulu, Hüseynqulu, Əbdül-Hüseyn, Əbdül-Həsən, Əbdül-Əli və s.
7. Təvəssül (vasitə axtarmaq) adı altında, məxluqlar vasitəsilə Allaha yaxınlaşmağa çalışmaq
Təvəssül insanın öz istəyinə nail olması üçün Allaha vasitə axtarmasıdır. Uca Allah buyurur:
“Biz ona şah damarından daha yaxınıq” (əl-Kəhf, 16);
“Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır” (Səba, 50);
“Qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yönəlsinlər” (əl-Bəqərə, 186).
Yuxarıda qeyd olunan ayələrdən aydın olur ki, Allah Öz bəndələrindən uzaq deyil, onlara hamıdan daha yaxındır. Allah Öz bəndələrinə o qədər yaxındır ki, onların gizli saxladıqları sözlərini, qəlblərindəkini eşidir, bilir, onlara cavab verir və onların istəklərini yerinə yetirir:
“Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (əl-Mulk, 14).
Allah daim onların həyatlarını idarə edir. İki nəfər söhbət edərkən üçüncüsü, üç nəfər söhbət edərkən dördüncüsü Allahdır:
“Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harada olsalar, Allah yenə onların yanındadır. Sonra qiyamət günü Allah onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!” (əl-Mücadələ, 7).
Allah hər danışılanı eşidir, insanın hər anını görür. Allah bütün bunları yaradandır. Allah insanın qəlbindən keçən hər fikri bilir. İnsan yatarkən, hərəkət edərkən, təklikdə qaldığını zənn etdiyi bir anda da Allah onun yanındadır. O, Allahı görə bilmir, amma Allah onun hər halını hər an görür:
“De ki: “Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir!” (Ali-İmran, 29).
Ehtiyac içində Uca Allahdan bir şey istədiyiniz zaman Allah mütləq sizin duanızı eşidir və onu görür. İnsana istədiyimiz zaman Allaha yönəlmək və istədiyimiz zaman Ondan yardım istəmək neməti bəxş edilmişdir. Allah insana hər zaman çox yaxındır, insanın nə vaxt hansı vəziyyətdə olduğunu ən yaxşı bilən Odur. Allah insanların qəlblərində gizli olanı bilən, hər şeydən xəbərdar olandır. Uca Allahın duaları qəbul etdiyi aşağıdakı ayədə xəbər verilmişdir:
“(Bütlər yaxşıdır), yoxsa darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?” (ən-Nəml, 62).
Bəndənin istəyini, ehtiyacını ən gözəl şəkildə təqdir edən, onun yaşadığı vəziyyəti ən yaxşı bilən Allahdır. Belə bir halda insanlar Ona şərik qoşaraq ehtiyaclarının aradan qalxması üçün ölüləri özləri ilə Onun arasında vasitə və onları özlərinə şəfaətçi hesab etməməlidir.
O, hər şeyə qadirdir və özü ilə qulu arasında əlaqə yaratmaq üçün heç bir vasitəçiyə ehtiyacı yoxdur. Lakin təəssüflər olsun ki, insanların bir çoxu belə bir yanlış əqidəyə əsaslanırlar ki, guyə “insanların dua və istəklərinin Allaha çatması sadəcə olaraq qeyri-mümkündür”. Onlar qəbir yanına yaxınlaşaraq düşünürlər ki, “mən günahkaram, bir başa Allahadan istəyə bilmərəm. Mən çalışmalıyam ki, ölmüş salehlərin razılığını qazanım ki, onlar da məndən ötrü şəfaət istəsin”. Bu səbəbdən də o duaların qəbul olması (daha dəqiq desək, Allahla rabitə bərqərar etmək) üçün özü ilə Allah arasında vasitəyə qərar verir. Onlara ibadət edir (qurban, nəzir, dua) və bütün ehtiyaclarının qərar verdiyi vasitələrlə aradan qaldırılacağını güman edir.
Bu əqidənin tərəfdarları Allahı, insanlardan uzaq olan hakim və rəhbərlərə bənzədirlər. Belə ki, adi camaat hakimlərlə bir-başa ünsiyyətdə ola bilmədikləri üçün öz sözlərini onlara müxtəlif şəxslərin vasitəsi ilə çatdırır və öz çətinliklərini bu yolla aradan qaldırmış olurlar. Allahın qüdrətini dərk etməmiş və onu tanımamış kimi Allahı insanlara bənzədirlər.
Uca Allah insanların Özü ilə arasında vasitəçi axtarmalarının batil və əsassız olduğunu Quranda müxtəlif üsullarla bəyan edir. Bəzən batil əqidədə olanların söylədiklərinə dair dəlil gətirmələrini tələb edir:
“De ki: “Əgər (Allah barəsindəki iddialarınızda) haqlısınızsa, dəlilinizi gətirin!” (ən-Nəml, 64);
“De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin” (əl-Əhqaf, 4);
“Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun, 117);
“Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər gəlmişdir” (ən-Nəcm, 23).
Daha sonra buyurur:
“Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”. (əz-Zumər, 3);
“Onların tapındıqları tanrıların özlərindən hər hansı biri daha yaxın olsun deyə, Rəbbinə vəsilə (vasitə) axtarır, Onun rəhmətini umur, əzabından qor-xur. Həqiqətən Rəbbinin əzabı qorxuludur” (əl-İsra, 57);
“Onlar Allahı qoyub özlərinə nə zərəri, nə də xeyri verənlərə ibadət edərək deyərlər: “Bunlar Allah dərgahında bizim şəfaətçilərimizdir. De: “Məgər siz Allaha göylərdə və yerdə Onun bilmədiyi şeylər haqqındamı xəbər verirsiniz? “O, onların Ona qoşduqları şəriklərdən uzaqdır və yüksəkdədir” (Yunus, 18);
“Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər” (əl-Əraf, 197);
“Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər” (ər-Rad, 14);
“(Ey Peyğəmbər!) Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!” (əz-Zumər, 36);
“O öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət və bilik sahibidir!” (əl-Ənam, 18);
“Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!” (əl-Ənam, 17);
“Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!” (əz-Zariyat, 58);
“Allah (öz elm və qüdtəri ilə) hər şeyi ehtibar edəndir!” (əl-Ənam, 80).
Deməli, pərəstiş etdikləri varlıqlar xeyir və zərər verə bilmədikləri kimi, nə onlara bir şey bəxş edə bilir, nə də geri ala bilirlər, nə onlara həyat verə bilir, nə də öldürə bilirlər. Ağıl və düşüncəyə malik olan insan belə bir zəif məxluqa ibadət və pərəstiş etməməlidir. Halbuki, hər gün beş vaxt qıldığımız namazın hər rükətində oxuduğumuz “əl-Fatihə” surəsində:
“(Ey Rəbbimiz!) Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” (əl-Fatihə, 4) deyirik.
Uca Allah bu ayələr barəsində düşünüb-daşınmağa və bir daha Allahdan başqa heç bir varlığa itaət etməməyə və onlardan kömək gözləməməyi əmr edir. Mövcud olması üçün Yaradana möhtac olan, ibadətə necə layiq ola bilər?! Uca Allah buyurur:
“Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!” (əl-Əraf, 54); “Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!” (ən-Nur, 42).
Hər şeyi bəxş edən və geri alan, istədiyini edən bir varlıq ilə kim qarşı-qarşıya gələ bilər? Kim Onun hakimiyyəti ilə müxalif ola bilər. Allahdan başqa bütün varlıqlar möhtac və asılıdırlar. İbadət olunacaq yeganə bir varlıq isə heç nəyə ehtiyacı olmayan və hər şeyə qadir olan Allahdır.