İnsanları aldadanlar şeytani insandırlar?

    21.07.2023
Sual: 
Bir wexs iwe duzeltmek adiyla bir neçe insanlardan boyuk mebleglerde pul alib qacib.Bizden de hemcinin.Hal hazirda hec bir xeber yoxdu.Hemin insanlar Allah qarwisinda goresen ne cavab verecekler? O cur insanlarin iclerinde goresen niye Allah qorxusu olmur? Bilmirlerki ALLAH her weyi goren ve bilendir. Onlar weytani insanlar sayilir?
Cavab: 

Əssələmu aleykum. İnsanları aldatmaq böyük günahlardan biridir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qida məhsulu satan bir kişinin yanından keçərkən əlini məhsulun içərisinə saldıqda onun insanları aldatdığını gördü və dedi: "Bizi aldadan bizdən deyildir" (Muslim, 102; İbn Macə, 2224; Əbu Davud, 3435). Belə insanlara nəfsləri qalib gəlir və şeytan onun günah etməsinə təkan verir. "Şeytani insan" dedikdə o insanın şeytana uyub günah etməsi qəsd edilirsə, həmin insana bu adı şamil etmək olar. Ətraflı bu cavabı oxuyun:

Qul haqqı barədə

Paylaş: