Gecə yatmadan Sübh namazını qılmaq icazəlidirmi?

    07.08.2023
Kimdən: 
Elxan
Sual: 
Yatmadan sübh namazı qılmaq olar ?
Cavab: 

Əssələmu aleykum. Sübh namazı da daxil olmaqla hər bir namazı öz vaxtında qılmaq vacibdir. Sübh namazının vaxtı dan yeri söküləndə daxil olur, günəş çıxdıqda isə bitir. Fərq etməz, istər yatıb oyandıqdan sonra, istər gecə yatmadan Sübh namazını vaxtında qılmaq icazəlidir. Sübh namazını vaxtından əvvəl qılmaq icazəli deyil. Ətraflı oxuyun:

Namazın vaxtları

Teqlər: 
Paylaş: