Səhvən bir müddət İşa namazını üç rükət qılan günah qazanırmı?

    30.07.2023
Sual: 
Salam men 1 ile yaxindir xuften namazin sam namazi kimi 3 ruket gilmisam bilmeden sizce gunahdirmi
Cavab: 

Və aleykum Salam. İşa (xiftən) namazı dörd rükətdir. Əgər səhvə bu namazı üç rükət qılmısınızsa, buna görə sizə günah yazılmır və bu namazları qəza etməyə ehtiyac yoxdur. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari, 22; Əbu Davud , 17). Ətraflı oxuyun:

Əvvəllər səhv qılınan namazlar yenidən qılınmalıdırmı?

Teqlər: 
Paylaş: