Səfərdə namazları qısaltmaq vacibdirmi?

    30.07.2023
Kimdən: 
Səma
Sual: 
Salam Aleykum. Səfərdə namazı qısaltmaq vacibdirmi. Yəni, şərait və vaxt problemi yoxdursa Namazları olduği şəkildə( zöhr 4 rükət) qılmaq düzgündürmü
Cavab: 

Və aleykum Salam. Səfərdə dördrükətli namazları qısaldıb iki rükət qılmaq sünnədir. Rəvayət edilir ki, Yalə ibn Umeyyə demişdir: "Bir dəfə Ömər ibn Xattabdan (Allah ondan razı olsun) soruşdum: "Uca Allah Quranda: "...kafirlərin sizə zərər ye­ti­rəcək­lə­rin­dən qor­xar­sınızsa, namazı qısaltmanızda sizə gü­­nah yoxdur- buyurur. Halbuki, Uca Allah indi insanlara əmin-amanlıq vermişdir". Ömər (Allah ondan razı olsun) dedi: "Səni təəccübləndirən bu məqamdan mən də təəccüblənmiş və bu barədə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşmuşdum. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə buyurdu: "Bu, Allahın sizə bəxş etdiyi bir sədəqədir, onun sədəqəsini qəbul edin” (Əhməd, 174; Əbu Davud, 1083; İbn Məcə, 1065). Həmçinin oxuyun:

Səfərə getdiyim yerdə hər bir şərait varsa, yenə də namazları qısaltmalıyam?


Teqlər: 
Paylaş: