Ölü üçün ağlamaq kifirlik gətirirmi?

    19.05.2014
Sual: 
salam.menim valideyinlerin genciken vefat edibler.ana ata haqqinda mahni gedende men aglayiram.deyirlaer kifirlik etme.aglamaq kifirlik getirirmi.
Cavab: 

Aleykum salam. Heyfisilənərək ağlamaq olmaz, çünki bu, bədbinlik gətirən ağlamaqdır. Bu cür ağlamaqdan çəkinin və Allahdan valideyniniz üçün bağışlanma diləyin. Bu, onlar üçün daha xeyirlidir. Asim ibn Humeyd (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərərkən, onun atının yüyənindən tutub Mədinədən çıxanadək onu yola salmış və ona: "Ey Muaz! Ola bilsin ki, sən bir də məni görməyəsən. Qayıdanda mənim qəbrimi ziyarət edəcəksən" - dedi. Bunu eşidəndə Muaz (radıyəllahu anhu) ağlamağa başladı. Onda Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona belə buyurdu: "Ağlama, ey Muaz! Heyfisilənərək ağlamaq şeytandandır". Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzünü Mədinəyə tərəf çevirib dedi: "Kimliyindən və harada olduğundan asılı olmayaraq insanların mənə ən yaxın olanı, Allahdan ən çox qorxanıdır". (İmam Əhməd "Musnəd", 5/235). 

Teqlər: 
Paylaş: