Ayaqqabının altı şalvara dəyərsə nəcasətə bulaşmış olurmu?

    02.09.2023
Kimdən: 
Abubakr
Sual: 
Salam Aleykum ayaqqabının altı şalvara deyerse nəcis olurmu mən təmizlikdə artıq çox diqqətli olmuşam mene təmizlik barədə çox subheler gəlir mən bunlara fikir vermədən olarmı meni bu şübhələr artıq vaxtımi alır sıxıntı verir ele suallar yaranır ki, mende belkede 40 il ibadet eden insanda ele suallar olmur. Bu şeylerin vesvese olduğunu düşünürem lakin birden heqiqet olar qorxusu gelir
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kişilərə şalvarlarını topuqdan aşağı salmamağı buyurmuşdur. Bu barədə ətraflı oxuyun:


Qeyd etdiyiniz hallar vəsvəsədir. Təmizlik məsələlərində yəqinlik əsas götürülür. Yəni nəcasət olduğunu yəqin bilmədiyiniz halda əslə qayıtmaq lazımdır. Əsl isə suyun, mayenin və ya yerin pak olmasıdır. Məsələn yolla getdiyiniz halda üzərinizə düşən suyun nəcis olub-olmadığını bilmirsiniz. Əgər bu mayedən nəcasət qoxusu gəlmirsə demək əsl budur ki, bu su təmizdir. Həmçinin digər məsələlər də belədir. Ətraflı oxuyun:

Murdar şeyləri təmizləməyin yolu

Teqlər: 
Paylaş: