Dilək duaları varmı?

    21.05.2014
Sual: 
Salam dilək duaları deyə bir şey varmıdır və bu dilək duaları nəticəsində insanın diləyi yerinə yetirmi əgər belə dualar vardırsa xahiş edirəm mənə o dualardan verin
Cavab: 

Aleykum salam. Allah Təaladan bir şey diləyib istədikdə "Ey Allahım!", "Ey Rəbbim" deyə Uca Allaha üz tutub istədiyinizi Ondan diləyə bilərsiniz. Bunun üçün xüsusi bir duaya ehtiyac yoxdur. Həmçinin, namazın səcdəsində çoxlu dua edə bilərsiniz. Həmçinin, dua etdikdə ilk növbədə Uca Allaha həmd etmək, Onu adları ilə çağırmaq, Peyğəmbərə salavat gətirmək və Allah Təalanın tükənməz nemətlərini etiraf etmək yaxşıdır. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180). Həmçinin bunu oxuyun: İstənilən bir işin alınması üçün dua etmək olar?
 

Teqlər: 
Paylaş: