Arzu namazı nə deməkdir?

    21.05.2014
Kimdən: 
lale
Sual: 
salam arzu namazi nece qilinir?
Cavab: 

Aleykum salam. İslamda arzu, hacət, dilək, istək namazı, "istixarə" namazı kimi tanınır. Bu namazı hər bir şəxs ehtiyac anında qıla bilər.

İstixarə – Allah Təaladan uğur və kömək diləmək deməkdir. Cabir ibn Abdullah (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qu­randakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədər və deyərdi: Sizdən biriniz hər hansı bir iş görmək istədikdə iki rükət namaz qılsın və desin: "Allahummə inni əstə­xi­rukə bi ilmikə və əstəqdirukə bi qudratikə və əsəlukə min fadlikəl-azim. Fə innəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-=l-ğuyub. Allahummə in kuntə tə'lə­mu ənnə həzəl-əmra xayrun li fi diyni və məaşi və aqibəti əmri fəq-durhu li və yəssirhu li summə barik li fih. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun li fi diyni və məaşi və aqibəti əmri fəs-rifhu anni vəs-rifni anhu vəq-dur liyə-l-xey­ra heysu kənə summə ərdini bih".
Duanın mənası: "Allahım, Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Sən­dən diləyirəm və Sənin lütf və mərhəmətindən istə­yi­rəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qa­dir­sən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bi­lən­sən! Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edil­miş et və bu işi mənim üçün asnlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən məni də ondan uzaq et! İstə­diyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəzavü-qədərinlə) məni məmnun et!"

Teqlər: 
Paylaş: