"Allahu A'ləm" nə deməkdir və kimlərin arxasında namaz qılmaq olar?

    22.05.2014
Sual: 
1) Allah Alem sozunun menasi nedir? 2) Kimin arxasinda namaz qilmaq olar. Mumkundurse bir az etrafli yazarsiniz. Allah razi olsun.
Cavab: 

Aleykuma salam.
1) "Allahu A'ləm" - Allah ən yaxşı biləndir deməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhabələrinə sual verilərkən bilmədikləri halda "Allahu və rəsuluhu a`ləm" (Allah və Onun elçisi daha yaxşı bilir) deyə söyləməyi öyrətmişdir. Lakin Peyğəmbərin vəfatından sonra onlar yalnız "Allahu a`ləm" demişlər. Belə demək İslam əxlaqından irəli gəlir. Çünki insan bilmədikdə bunu Allaha nisbət edərək Allahın hər şeyi bilən olduğunu təsdiq edir və Ona öz təslimiyyətini bildirir. Hər bir müsəlman bilmədiyi şeylər barəsində "Allahu a`ləm" deməlidir.    
2) Hər bir müsəlmanın arxasında namaz qılmaq olar. 

Teqlər: 
Paylaş: