Altmış ərəş nə qədərdir?

    16.11.2023
Sual: 
Altmış ərəş nə qədərdir..Adəm əleyhissəlamın boyu hədisdə belə deyilib altmış ərəş.
Cavab: 

Əssələmu aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah Adəmi boyu altmış ərəş uzunluğunda yaratdı. Sonra buyurdu: “Get oradakı mələklərə salam ver və dinlə gör sənin salamı­nı necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyə­tinin salamıdır.” Adəm onlara: “Əssəlamu aley­kum!”– dedi. Onlar da: “Əssəlamu aleykə və rah­mətullah!”– deyib, buna “və rah­mətul­lah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs ora Adəmin su­rə­tində girəcəkdir. Məlumunuz olsun ki, indiyə qədər insan­ların xilqəti na­qis­ləş­məkdədir” (Səhih əl-Buxari, 3326).
Ərəş qədim ölçü vahidi olub dirsəkdən barmaqların ucuna qədər uzunluğu bildirir. Bir ərəş təqribən 50 sm edir. 60 ərəş təqribən 30 metr edir. Həmçinin oxuyun: Adəmin yaradılması

Paylaş: