Allaha dua edərkən "Sən" deyə müraciət edə bilərikmi?

    13.12.2023
Kimdən: 
Göyçaylı
Sual: 
Allaha "sən" deyə müraciət edək yoxsa "siz" ? Məncə siz deyə müraciət olunmalıdır.Çünki,o bizlə bərabərsəviyyəli deyil. Məsələn : "Ya rəbbim,sən bizə kömək ol" yox,"Ya rəbbim,siz bizə kömək olun"...
Cavab: 

Və aleykum Salam. Uca Allah Quranda, həmçinin hədislərdə Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dili ilə bizə necə dua etməyi öyrətmişdir. Bütün dualarda Uca Allah Özünə "Sən" deyə müraciət etməyimizi bildirmişdir. Məsələn: “Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan” (əl-Muminun, 118). “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (əl-Bəqərə, 286). “Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, Sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən” (əl-Bəqərə, 127). 

Bir dəfə Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Ey Allahın Elçisi! Əgər Qədr gecəsinə düşmüş olsam necə dua edim? Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Belə dua et: “Allahım, Sən Bağışlayansa, bağışlamağı sevirsən, məni bağışla!” (Səhih ət-Tirmizi, 3/ 184). Həmçinin oxuyun:

Quran və Səhih hədislərdən seçilmiş dualar
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası

Teqlər: 
Paylaş: