Ali-İmran surəsi 90-cı ayənin təfsiri nədir?

    29.12.2023
Kimdən: 
Bir müsəlmandan
Sual: 
Salam aleykum Ali imran suresinin tefsiri bir insan iman getrir kufr edir yene iman getrir kuf edir ve tovbe edir sonra kufr tovbe kufr tovbe ve nehayet agli basna gelir kufre tovbe edir ve olene kimi kufre qayitmir bele şexs bagislanir? Qelbde ve sesli cinleri devet etmey olarm
Cavab: 

Və aleykum Salam. Uca Allah Ali-İmran surəsində buyurur: "Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır" (Ali-İmran, 90). Bu və bu mənada gələn ayə və hədislərin mənası budur ki, əgər bu insanlar ölənə qədər bu əməllərini davam edərlərsə və ölüm ayağında, can boğaza yetişəndə tövbə edərlərsə, onların tövbələri qəbul olunmaz. Çünki bildiyimiz ki, ölüm ayağında, can boğaza yetişdikdə edilən tövbə qəbul deyil. Peyğəmbər ﷺ demişdir: "Allah qulun tövbəsini canı boğazına yetişməyənə qədər qəbul edər". (İmam Əhməd, 6160; Səhih əl-Cami, 1903). Can boğaza yetişməzdən əvvəl edilən səmimi tövbə isə qəbuldur. İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: "Uca Allah bu ayələrdə iman gətirdikdən sonra kafir olan, sonra küfrlərini daha da artıran, yəni ölənə qədər kafir olaraq qalan kəsləri hədələyərək onların ölüm ayağında etdikləri tövbələrini qəbul etməyəcəyini xəbər verir. Necə ki Allah bu ayədə buyurur: Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman “Mən indi tövbə etdim!” deyənlərlə kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq” (“ən-Nisa”, 18). Bu səbəbdən burada buyurur ki, onların “...tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır”, yəni onlar haqq yoldan çıxıb azğınlıq yoluna düşmüşlər. Əbu Bəkr əl-Bəzzər İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, İslam dinini qəbul etmiş bəzi adamlar dindən döndülər. Sonra yenidən İslam dininə qayıtdılar və təkrar dindən döndülər. Sonra yenidən İslama qayıtmaq üçün tayfalarına xəbər göndərərək öz halları barədə soruşdular. Onlar bu haqda Peyğəmbərdən ﷺ soruşduqda Uca Allah bu ayəni nazil etdi: Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır”. (“Ali-İmran”, 90)” (əs-Suyuti “Durrul-Mənsur” 3/658. Hədis səhihdir. Bax: Muqbil ibn Hadi “Səhih Musnəd” səh. 53)". Həmçinin oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

Teqlər: 
Paylaş: