Fərz namazlarının sünnətləri neçə rükətdir?

    28.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. fərz NamazlarInIn sunnətləri necə rukətdir? bu haqda cavab yazIn. Allah razI olsun.
Cavab: 

Aleykum salam. Fərz namazlarının sünnətləri iki qismə bölünür. "Ratibə" adlanan sünnət namazları və "Ratibə" olmayan sünnət namazları. Ratibə namazları on iki rükətdir. Bunlar: sübh namazında fərzdən əvvəl iki rükət sünnət, zöhr namazında fərzdən əvvəl iki-iki, cəmi dörd rükət sünnət, fərzdən sonra da son iki rükət sünnət, məğrib namazında fərzdən sonra iki rükət sünnət və nəhayət sonuncu işa namazında fərzdən sonra son iki rükət sünnət qılınır. Səhih hədislərdə bildirilir ki, ratibə namazlarını daima qılana Cənnətdə ev tikilir. Bu namazları qılmağın və daima bunlara riayət etməyin savabı olduqca böyükdür.
Ratibə olmayan sünnət namazları isə zöhr namazından sonra əlavə iki, əsr namazından əvvəl iki-iki (dörd) rükət, məğrib namazından əvvəl iki rükət, və işa namazından əvvəl iki rükət qılınır. 

Teqlər: 
Paylaş: