Zəkatı zəkat sahibi şəxsən özü çıxarmalıdırmı, yoxsa kiməsə həvalə etmək olar?

    05.04.2024
Kimdən: 
Aynur
Sual: 
Salam Aleyküm. Menim bacimgilin qonşusu var imkanları çox zəifdir men zekat pulumu bacıma versem menim yerime ərzaq alıb zəkatı o verse sayılırmı? Yoxsa özum öz elimle verməyim dahami uyğundur? Cavablasaz sevinerem indiden teşekkürler
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, illik çıxarılan malın (pulun) zəkatı pul şəklində verilir. Bu barədə ətraflı oxuyun:


Ərzaq şəklində "Fitrə zəkatı" verilir. Bu barədə ətraflı oxuyun:

İstər pulun zəkatı olsun, istər "Fitrə zəkatı", hər iki zəkatda zəkat sahibinin zəkatı şəxsən özünün çıxarması şərt deyil. Zəkatı kiməsə həvalə etmək olar. Odur ki, bacınız sizin əvəzinizə zəkatı kasıb ailəyə çatdıra bilər. 
Paylaş: