Qiyamət günü nicat tapacaq firqə hansıdır?

    01.06.2014
Sual: 
Salam aleykum. Qiyamət günü nicat tapacaq firqə hansıdır?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləlıahu aleyhi və səlləm) demişdir: "Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa, hamısı cəhənnəmə daxil olacaqdır". Orada olanlar: "Ey Allahın elçisi onlar kimlərdir?" – deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onlar, mənim və səhabələrimin tutduqları yolu tutanlardır". (Əhməd və ət-Tirmizi).
Haqq yol Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrinin (Allah onlardan razı olsun) getdikləri yoldur. Əgər nicat tapmaq və əməllərinizin qəbul olmasını istəyirsinizsə, siz də bu yola itaət edənlərdən olun, dinə yenilik gətirənlərdən olmayın! Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).

Teqlər: 
Paylaş: