Qüslsüz halda dua kitabından və ya telefondan Ayətul-Kürsünü oxumaq olarmı?

    19.06.2024
Kimdən: 
Rüfət
Sual: 
Qüslsüz halda dua kitabından və ya telefondan Ayətul Kürsünü oxumaq olarmı ?
Cavab: 

Salam aleykum. Cənabət halında Quran ayələrini əzbərdən oxumaq qadağandır, çünki cənabət halını aradan qaldırmaq insanın öz əlindədir. Heyz halında isə əzbərdən Quran oxumaq icazəlidir, çünki heyz halını aradan qaldırmaq insanın özündən asılı deyil. Dua və zikr etmək üçün qüslun və dəstəmazın olması vacib deyil. Amma ərəbcə Quran oxumaq, habelə Quran kitabına qüsulsuz toxunmaq olmaz.

Teqlər: 
Paylaş: