Allaha Tenqri demək olarmı?

    24.06.2024
Kimdən: 
-
Sual: 
Salam. Qədim türk xalqının inandıəı Gök Tenqri tək olan Allahdı? Allah sözü ərəbcədi, qədim türk dilində Tanrı (Tenqri sözünün zamanla dəyişilmiş forması) kimi işlədilir. Biz Allaha həm də Tenqri ya da Gök Tenqri deyə bilərik?
Cavab: 

Və aleykum Salam. Uca Allahın Gözəl Adları var və Allahı bu adlarla çağırmaq lazımdır. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180). Uca Allahın "Tengi" adı yoxdur. Əgər "Tengi" dedikdə Uca Allah nəzərdə tutulursa, bu sözü Allah barədə xəbər mənasında işlətmək icazəlidir. Yəni, məsələn: "Bizi Tenqri yaradıb" demək olar. Digər dillərdə Allaha deyilən "Boq" (rus dilində), "Xuda" (fars dilində), "God" (ingilis dilində) sözləri də eyni hökmdədir. Bu sözləri Allah barədə xəbər mənasında işlətmək olar. Dua edərkən isə Uca Allahı yalnız Onun Gözəl Adları vasitəsilə çağırmaq olar. Yəni dua edərkən "Ey Tenqri!" və ya "Ey Xuda!" demək düz deyil. Həmçinin oxuyun:

Paylaş: