Hovuzda qüsl etmək olarmı?

    03.07.2024
Kimdən: 
Qurban
Sual: 
Salam aleykum cenabet quslu almaq ucun evde olan kicik hovuzdan istifade etmek olarmi eger olarsa her defe qusul aldiqdan sonra hovuzun suyu tezelenmelidirmi?
Cavab: 

Və aleykum Salam. Hovuz və s. bu kimi digər insanların da istifadə etdiyi durğun suda qüsl etmək qadağandır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demiş­dir: “Heç biriniz cunub ikən durğun suda qüsl etməsin”. Hədisi rəvayət edən ravi Əbu Saib: "Bəs necə etsin, ey Əbu Hureyra?"– deyə soruşdu. Əbu Hureyra dedi: "Bu sudan götürüb kənarda qüsl etsin". (Muslim, 283). Əgər qüsl etdikdən sonra hovuz təmizlənəcəksə bu halda icazəlidir. 

Teqlər: 
Paylaş: