İlk müsəlmanların çəkdiyi əziyyətlər (davamı)

    28.08.2024

Səd ibn Əbu Vaqqas: Sədin oğlu Musab demişdir: “Onun haqda Quranda ayələr nazil olmuşdur. Sədin anası dinindən dönməyincəyə kimi onunla danışma­mağa, yeməyib-içməməyə and içdi. Sonra ona belə dedi: “Sən Allahın anan və atanı sənə vəsiyyət ediyini iddia edirsən. Sənin anan mənəm və sənə bunu mən əmr edirəm”. O, üç gün belə oturdu, sonra isə halsızlıqdan huşunu itirdi. Onun Umara adlı oğlu ona su verdi. O (qadın) isə Sədin əleyhinə dua etməyə başladı. Allah U bu ayəni nazil etdi: Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq” (əl-Ənkəbut, 8), “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran” (Loğman, 15). Allah Elçisi ﷺ böyük bir qənimət ələ keçirmişdi. Onun içində bir qılınc var idi. Mən onu götürərək Allah Elçisinin ﷺ yanına gətirdim və belə dedim: “Sən mənim halımı bilənlərdənsən, bu qılıncı mənə ver!” O mənə: “Onu götürdüyün yerə qaytar!”- deyə buyurdu. Mən onu qənimət toplanan yerə gətirdikdə, nəfsim məni danladı və mən onun yanına qayıdaraq: “Onu mənə ver!”- deyə söylədim. Allah Elçisi ﷺ səsini yüksəldərək, mənə: “Onu götürdüyün yerə qaytar!”- deyə buyurdu. Allah U bu ayəni nazil etdi: “Səndən qənimətlər haqqında soruşarlar” (əl-Ənfal, 1). Sonra mən xəstələndikdə Allah Elçisinin ﷺ dalınca adam göndərdim. O gəldiyi vaxt ona belə dedim: “Mənə izin ver, malımı istədiyim kimi bölüm”. O, razı olmadı. Mən: “Yarısını?”- deyə söylədim. O, yenə razı olmadı. Mən: “Üçdəbirini”- dedikdə, o, susdu və bundan sonra üçdəbiri (vəsiyyət etmək) icazəli oldu”. Sonra mən ənsarlar və mühacirlərdən olan bir neçə kişinin yanına gəldim. Onlar mənə: “Səni yedizdi­rib, şərab içirək!”- deyə buyurdular. Bu, şərab haram olmamışdan əvvəl idi. Onlar bir bostanda ikən mən onların yanına gəldim. Yanlarında qızardılmış bir dəvə başının və bir qab şərab olduğunu gördüm. Mən onlarla bərabər yeyib-içdim. Sonra ənsarları və mühacirləri onların yanında xatırlayaraq: “Mühacirlər ənsarlardan daha xeyirlidir”- demişdim ki, bir kişi hər iki yanağımdan tutaraq mənə kəllə vurdu və burnumu yaraladı. Mən gəlib bunu Allah Elçisinə r xəbər verdim və Allah U mənim barəmdə bu ayəni nazil etdi: “Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin” (əl-Maidə, 90)”. (Muslim, 4432, 6391).
Xabbab ibn əl-Ərat: Xabbab deyir: “Bir gün məni apardılar. Od qaladılar, içinə daş atdılar, sonra paltarımı çıxarıb qızmar daşın üzərinə kürəyim üstə uzatdılar. Onlar məni daşın üzərində o qədər saxlayırdılar ki, yanan dərimdən çıxan piy əriyərək daşın hərarətini söndürürdü”. (İbn Sad “Tabaqatul-Kubra” 3/88).
Harisə ibn Mudarrib demişdir: “Qarnına odla dağ basdıran Xabbabın yanına gəlmişdim. O dedi: “Peyğəmbərin ﷺ səhabələrindən mənim qədər bəla və sıxıntıya məruz qalan adamın olduğunu bilmirəm. Peyğəmbərin ﷺ dövründə bir dirhəm belə tapa bilmirdim. İndi isə evimin bir küncündə qırx min dirhəmim var. Allah Elçisi ﷺ bizə qadğan etməsəydi və ya ölümü arzulamağı qadağan etməsəydi, çəkdiyim əzaba görə özümə ölüm arzulayardım”. (ət-Tirmizi, 970, 986. Hədis səhihdir. Bax: Əhkəmul-Cənaiz, 59).

Rəvayət edilir ki, Xabbab t demişdir: “Mən cahiliyyət dövründə dəmirçi idim. As ibn Vailin (As ibn Vail səhabə olan Amrın y atasıdır. O, müşrik olmuş və ölənədək İslam dinini qəbul etmə­mişdir) mənə verəcəyi var idi. Mən gəlib borcumu ondan tələb etdikdə, o dedi: “Muhəmmədi inkar etməyincə sənə (heç nə) verməyə­cəyəm”. Mən de­dim: “Allah səni öldürüb dirildənədək Muhəmmədi r inkar etməyəcəyəm”. As de­di: “Elə isə mən ölüb dirilənədək gözlə. (Mən diriləndən sonra) mənə var-döv­lət və övlad bəxş ediləcək. Onda sənin borcunu qaytararam”. Bu hadi­sədən sonra bu ayə nazil oldu: “Ayələrimizi inkar edib: “Mənə hök­mən var-dövlət və öv­lad veri­lə­cək­dir!”– deyən adamı gördünmü? Olmaya, o, qeybdən xə­bər­dar­dır, yoxsa Mərhəmətli (Allahdan) vədə almış­dır? Xeyr! Biz onun dedik­lə­rini yaza­caq və əzabını qat-qat artı­ra­ca­ğıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tən­ha gələ­cək" (Məryəm, 77-80)”. (əl-Buxari, 1949, 2091, 4732-4735; Muslim, 2795, 5003, 7240). Rəvayət edilir ki, Xabbab Ömərin yanına gəlmişdi. Ömər ona dedi: “Yaxına gəl! Əmmardan başqa bu məclisə səndən daha layiq adam yoxdur”. Xabbab da kürəyində müşriklərin verdikləri əziyyətin izlərini göstərdi”. (İbn Məcə, 153. Hədis səhihdir. Bax: Səhih Siratun-Nəbəviyyə, 1/157). Rəvayət edilir ki, Əli ibn Əbu Talib Xabbabın qəbrinin yanından keçərkən deyərdi: “Allah Xabbaba rəhm etsin! Sevərək qəbul etdi, itaətlə hicrət etdi, mücahid olaraq yaşadı, bədəni ilə imtahan edildi. Allah onun mükafatını qarşılıqsız buraxmaz!” (Tuhfətul-Əhvazi, 4/13).

Rəvayət edilir ki, Səid ibn Cubeyr demişdir: “Mən Abdullah ibn Abbasdan soruşdum: “Məgər müşriklər Allah Elçisinin ﷺ səhabələrinə elə dəhşətli işgəncələr verirdilər ki, onlar bu işgəncələrə dözə bilməyib İslamdan üz döndərməyə məcbur olurdular?” Abdullah ibn Abbas dedi: “Bəli, Allaha and olsun! Kafirlər kimisini döyür, kimisini ac saxlayır, kimisini də susuzluqla o dərəcəyə çatdırırdılar ki, o düçar olduğu əzabların şiddətindən ayaq üstə dayana bilmirdi. Kafirlər tələblərini zorla qəbul etdirmək üçün belə edirdilər. Kafirlər işgəncə verdikləri adama deyirdilər: “Sənin rəbbin Lat və Uzzadır, Allah yox! Elədirmi? Rəbbin Lat və Uzzadır!” İşgəncələrə məruz qalan dözməyəndə və məcbur olub “hə” deyəndə kafirlər ondan əl çəkirdilər”. (İbn Hişam, 2/162-163). 

Paylaş: