məhəmməd
Peyğəmbərlərin ﷺ qoyun otarmalarının hikməti
Bildiyimiz kimi Muhəmməd Peyğəmbər ﷺ Məkkədə olanda uşaq vaxtı Bəni Səd tayfasının qoyunlarını otarırdı. Peyğəmbər ﷺ bu haqda belə buyurur: “Allahın göndərdiyi peyğəmbərlərin hamısı qoyun otarmışlar”. Səhabələr: “Sən də?”– deyə soruşdular. O dedi: “Bəli, mən bir neçə qirata məkkəlilərin qoyunlarını otarardım”. (əl-Buxari, 2102, 2262). Rəvayət edilir ki, bir gün dəvə sahibləri ilə qoyun sahibləri bir-birinin yanında öyünməyə başladılar. Onda Peyğəmbər ﷺ buyurdu: “Musa qoyun otaran çoban ikən peyğəmbər göndərildi. Habelə, Davud qoyun otaran çoban ikən ona peyğəmbərlik verildi.
Əhli-beytin fəziləti
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.
Rəsulullahın dünyaya gəlməsi
Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - bazar ertəsi günü rabiul-əvvəl ayında Fil adlanan ildə Məkkədə dünyaya gəlmişdir. Bu, miladi tarixlə 571-ci ilin aprel ayına təsadüf edir. Həmin ildə həbəşistanlı hökmdar Əbrəhə əl-Əşrəm yəmənli tərəfdarları ilə birgə Allahın Evini (Kəbəni) dağıtmağa gəlmişdir. Onlar fillərin üzərində Kəbəyə yaxınlaşmaq istədikdə, Allah onların üstünə dəstə-dəstə ağ rəngli quşlar göndərdi. O quşlardan hər biri caynaqlarında və dimdiyində gətirdiyi daşları onların üstünə yağdırmağa başladı və Uca Allah onları məhv etdi.
Rəsulullahın köksünün yarılması
Muhəmməd peyğəmbərin köksünün yarılması iki dəfə baş vermişdir. Birinci dəfə onun köksü kiçik yaşlarında ikən yarılmışdır. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər uşaqlarla oynayarkən Cəbrail onun yanına gəldi, onu tutub yerə yıxdı və köksünü yarıb qəlbini çıxartdı. Sonra onun içindən qan laxtası çıxartdı və Peyğəmbərə: “Bu, şeytanın səndə olan nəsibidir”– dedi. Onun qəlbini qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qaytardı. Bunu görən uşaqlar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”– dedilər.
Səhabələrin Həbəşistana növbəti hicrəti
Bu məqalənin əvvəlini buradan oxuyun: Səhabələrin Həbəşistana ilk hicrəti
Səhabələrin Həbəşistana ilk hicrəti
Rəsulullahın vida həcci
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – hicrətin 10-cu ilində, miladi tarixlə 632-ci ildə vəfatına təqribən üç ay qalmış bir dəfə həcc etdi. Buna görə həmin həccə vida həcci, orada verdiyi xutbəyə də vida xutbəsi deyilir. Rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: "Peyğəmbər on doqquz döyüşdə iştirak etmişdir. O, Mədinəyə hicrət etdikdən sonra bir dəfə həcc ziyarətində olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci olmuşdur.” (əl-Buxari, 4404).
Rəsulullahın əsil-nəsəbi
O, Adəm oğullarının ən hörmətlisi və peyğəmbərlərin ən üstünü olan Əbul-Qasim Muhəmməddir. O, Əhməd, Mahi, Haşir, Aqib, Muqaffə, Nəbiyyur-Rahmə və Nəbiyyul-Məlhəmədir. Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.” (Səhih əl-Buxari, 3532).