məhəmməd

Rəsullulahın zarafatları

    06.03.2014

      Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir işdə orta yol tutardı. O, nə daim qaşqabaqlı olar, nə də ki, zarafat etdikdə, həddini aşardı. Zarafatı da həmişə deyil, ancaq lazım gəldikdə edərdi ki, bununla səhabələrinin könlünü açsın və arada olan isti münasibətləri bir qədər də möhkəmləndirsin. Rəsulullah nadir hallarda – məsləhət bildikdə, üstəlik zarafat etdiyi adamın könlünü açmaq və dostluq münasibətini artırmaq məqsədilə zarafat edərdi.

Peyğəmbərin çəkdiyi məsəllər

    23.02.2014

      Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörə­sindən keçir, ona təəccüb edir və deyirlər: “Nə üçün bura bir kərpic qoyul­mayıb?” Sonra Peyğəmbər davam edib dedi: “O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam.” (əl-Buxari, 3535). 

Vəhy nədir?

    16.02.2014

      Ərəb dilində vəhy sözü tez və gizli gələn xəbərə deyilir. Həmçinin, vəhy sözünün ilham, işarə, yazı mənaları da vardır. Peyğəmbərlərə gələn vəhy Uca Allahın onlara şəriət qanunu və ya kitab kimi çatdırmaq istədiyi xəbəridir.

Peyğəmbərlərin möcüzələri

    10.02.2014

Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və "qadir olmamaq" mənasını ifadə edir. Peyğəmbərin möcüzələri insanların onları etməkdə aciz olduqları şeylərə deyilir. Möcüzə, peyğəmbərlərin sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz.

Rəsulullahın işi hökmən qələbə çalacaq

    26.01.2014

      Suraqa ibn Malik demişdir: “Bizə kafir qureyşlilərdən nümayəndələr gəldi və bildirdilər ki, onlar Allahın Elçisini və Əbu Bəkri əsir tutmağa və ya öldürməyə görə, onların hər biri üçün veriləcək qanbahasına bərabər mükafat verəcəklər. Mən qəbiləmiz Bəni Mudlicin yığıncaqlarından birində olarkən həmin o nümayəndələrdən biri də oraya gəlib, bizim oturmağımıza baxmayaraq, aramızda ayaqüstdə dayandı və dedi: “Ey Suraqa, mən indicə sahildə bir qaraltı gördüm və mənə elə gəlir ki, gördüyüm Muhəmməd və yoldaşlarıdır!”

Qiyamət günündə Peyğəmbərin şəfaəti

    06.01.2014

Rəvayət edilir ki, Ənəs demişdir: “Muhəmməd - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bizə belə rəvayət etmişdir: “Qiyamət günü insanların arasına çaxnaşma düşəcək. Nəhayət, onlar Adəmin yanına gəlib deyəcəklər: “Ey Adəm! Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)!” Adəm deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İbrahimin yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur.” Sonra onlar İbrahimin yanına gələcəklər. İbrahim deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz Musanın yanına gedin.

Peyğəmbərə itaət etməyin misalı

    06.01.2014

Cabir ibn Abdullah demişdir: “Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yatmış ikən mələklər onun yanına gəldilər. Onlardan bəzisi: “O yatıb”– dedi, bəzisi isə: “Onun gözləri yatsa da, qəlbi oyaqdır”– dedi. Sonra onlar dedilər: “Bu dostunuz barədə yaxşı bir misal çəkmək olar, gətirin o misalı.” Bəziləri: “O yatıb”– dedilər, bəziləri də: “Onun gözləri yatsa da, qəlbi oyaqdır”– dedilər. Sonra mələklər dedilər: “Onun halı bir ev tikib içində ziyafət verən və insanları yeməyə dəvət edən kimsənin halına bənzəyir.

Peyğəmbərə verilən beş xislət

    31.12.2013

Rəvayət edilir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm Təbuk döyüşü olan ili gecə qalxıb namaz qıldı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdı. Namazı qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmənin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə qəlbləri qorxu ilə dolar.

Pages