məhəmməd

Rəsulullahın köksünün yarılması

    16.04.2020

Muhəmməd peyğəmbərin köksünün yarılması iki dəfə baş vermişdir. Birinci dəfə onun köksü kiçik yaşlarında ikən yarılmışdır. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər uşaqlarla oynayarkən Cəbrail onun yanına gəldi, onu tutub yerə yıx­dı və köksünü yarıb qəlbi­ni çıxartdı. Sonra onun içindən qan laxtası çıxart­dı və Pey­ğəm­bərə: “Bu, şeyta­nın səndə olan nəsibidir”– dedi. Onun qəlbi­ni qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qay­tardı. Bunu görən uşaq­lar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”– dedilər.

Rəsulullahın vida həcci

    03.10.2019

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – hicrətin 10-cu ilində, miladi tarixlə 632-ci ildə vəfatına təqribən üç ay qalmış bir dəfə həcc etdi. Buna görə həmin həccə vida həcci, orada verdiyi xutbəyə də vida xutbəsi deyilir. Rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: "Peyğəmbər on doqquz döyüşdə iştirak etmişdir. O, Mədinəyə hicrət etdikdən sonra bir dəfə həcc zi­ya­rə­tin­də olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci olmuşdur.” (əl-Buxari, 4404).

Rəsulullahın əsil-nəsəbi

    01.10.2019

O, Adəm oğullarının ən hörmətlisi və peyğəmbərlərin ən üstünü olan Əbul-Qasim Muhəmməddir. O, Əhməd, Mahi, Haşir, Aqib, Muqaffə, Nəbiyyur-Rahmə və Nəbiyyul-Məlhəmədir. Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.” (Səhih əl-Buxari, 3532).

Qısa və mənalı danışmaq haqqında

    04.11.2015

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər) verildi" (Müslim). Digər rəvayətdə isə: "Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim". (Səhih əl-Buxari, 2977).
Rəvayət edilir ki, bir kişi qalxıb sözü uzadaraq danışdı. Amr ibn As (Allah ondan razı olsun) dedi: "Əgər bu adam qısa danışsaydı, özü üçün daha xeyirli olardı. Mən Rəsulullahın belə dediyini eşitdim: "Mənə əmr olundu ki, sözü uzatmayım. Çünki (sözü) uzatmamaq daha xeyirlidir". (Əbu Davud).

Peyğəmbərin ibadəti

    26.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər bir ibadəti yerinə yetirdikdə, nə ifrata varar, nə də ki, etdiyi ibadətə laqeyd yanaşar, əksinə, orta yol tutardı. Ənəs ibn Malik demişdir: “Bir dəfə üç nəfər Peyğəmbərin evinə gəlib onun əhli-əyalından Peyğəmbərin ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə, onlar etdikləri ibadətin az olduğunu güman edib belə dedilər: “Yəni biz Peyğəmbər kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək günahlarını bağışlamışdır.”

Peyğəmbərin danışıq tərzi

    26.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim” (Səhih əl-Buxari, 2977).
Burada “yığcam kəlmələr” dedikdə Quran və hədis nəzərdə tutulur. Peyğəmbərimizin hədislərini şərh etmiş İslam alimləri hər hansı bir hədisin bir cümləsindən, hətta bir kəlməsindən neçə-neçə nəticələr çıxarmışlar.
Aişə demişdir: “Rəsulullah sizin kimi tələm-tələsik və qatma-qarışıq danışmazdı. Əksinə, həm aydın, həm də aramla elə danışardı ki, yanında oturanlar onun dediklərini yadda saxlayardılar.”

Pages