Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə
Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - saçlarını ya özü darayar, ya da bunu onun üçün zövcələrindən biri edərdi. Saçlarını daramaqda Rəsulullah nə həddi aşar, nə də buna səhlənkar yanaşardı, yəni, nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayıb gözəl şəklə salardı. Saçlarına və əyin-başına fikir verməyən kimsələri isə qınayardı.