Dünyada insanın etdiyi günahlar Qiyamət günü ailəsinə göstəriləcəkmi?

    17.09.2024
Sual: 
Salam aleykum. Öldükdən sonra o dünyada insanın etdiyi hər iş ailəsinə izlədilir mi? Və ailədən gizli ailənin icazə vermədyi bir şeyi etmək günahdır mı?
Cavab: 

Va aleykum Salam.

1) Qiyamət günü insanın etdiyi günahların ailəsinə bildirilməsi qeybi məsələdir. Bu günah növündən asılı olaraq həm bildirilə, həm də bildirilməyə bilər. Bəzi insanların etdiyi günahlar cəza olaraq Qiyamət günü digər insanlara da bildiriləcək. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət günü tanınsın deyə hər bir xainin yanında yerə bir bayraq sancılacaq və deyiləcək: "Bu, xain filankəs ibn filan­kəsdir".(əl-Buxari, 7111). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə, Uca Allah qiyamət günü onun eyiblərini örtər". (əl-Buxari, 2442). Lakin əgər insan bir günahdan tövbə etmişsə və bu günah digər insanların haqqı ilə əlaqəli deyilsə, Uca Allah onun günahını örtəcək. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah bu dünyada hansı qulunun (günahını) örtərsə, qiyamət günü də onun (günahını) örtər". (Muslim, 2590). 


2) Əgər ailə başçıları övladlarına bir işi qadağan etmişsə, övladın bu işi etməsi günahdır. Yalnız Allahın vacib buyurduğu əməlləri (namaz qılmaq və s.) etmək istisnadır. Allahın vacib etdiyi əməlləri etmək üçün valideyndən icazə almağa ehtiyac yoxdur. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: