Sübh namazına yatıb qalan şəxs qəza namazı qılmaq üçün duha vaxtını gözləməlidir?
Sual:
Əssələmu Aleykum. Durub görsəm sübh namazı çıxıb 1 qəqiqə əvvəl. Bu zaman duha vaxtının girməsini gözləyib sonra namazı qılmalıyam yoxsa dərhal qılmalıyam? Yəni sübhün çıxması ilə duha arası namaz qılmaq olar?
Cavab:
Və aleykum Salam. Fərz namazlarına yatıb qalan şəxs oyanan kimi bu namazı qılmalıdır. Namaz qılmağın qadağan olunduğu vaxtlar sünnət namazlarına aiddir, fərz namazlarına aid deyil. Sübh namazına yatıb qalan şəxs oyanan kimi namazı qılmalıdır, duha vaxtını gözləməli deyil. Ətraflı oxuyun: