Uşağa "Narin" adını qoymaq olarmı?

    22.10.2024
Kimdən: 
@
Sual: 
Salam. Qızımın adı Narin'dir. Sualım odur ki, Narin adını qoymaq dinimizdə günahmı sayılır? Bəziləri qınadı bu ada görə. Dinimizdə bu ad günahdırmı, bir mənası varmıdır?
Cavab: 

Və aleykum Salam. Uşağa "Narin" adını qoymaq icazəlidir. Ola bilsin bu adın günah olduğunu deyənlər bu sözün ərəbcə "od" mənasını verən "nar" sözündən düzəldiyini düşünürlər. Əslində isə bu söz türk mənşəli sözdür və "zərif", "incə" deməkdir. Həmçinin oxuyun:

Uşağa ad qoymaq barədə

Paylaş: