Başqa bir insana ölüm arzulamaq günahdırmı?
Sual:
Salam.özunnen asli olmayarag bir insanin ölumun arzulamag gunaxdi gaynanam meni cox incidir yorur cox yorgunam gece gunduz aglimda ne vaxt öleceyin duşunurem özumnen asli deyil men bu fikri nece atim başimnan
Cavab:
Və aleykum Salam. Qəlbində kiməsə ölüm arzulamaq ona qarşı bəddua deyil və bu haqsızlıq olmadığı üçün günah sayılmır. Bu hiss sadəcə ona qarşı olan bərk qəzəbdən irəli gəlir. Bu arzunun ona heç bir təsiri yoxdur. Bir insanın ölümünü arzulamaq onun əcəlini tezləşdirməz və ya kiminsə uzun ömür yaşamağını arzulamaq onun əcəlini gecikdirməz. Bu hissi qəlbinizdən çıxarmağa çalışın. Əksinə, ona Allahdan şəfa diləyin, onun islah olunmasını və ömrünün Allaha itaətdə artmasını diləyin. Həmçinin oxuyun:
Qayınanam bizim ailə işlərimizə qarışır, ayrı evə köçsək günah olarmı?