Dini elmi olmayan bir insanın ibadəti qəbuldurmu?
Sual:
Salamun Aleykum. Dini elmi olmayan bir insanın ibadeti qebuldurmu?
Cavab:
Və aleykum Salam. İbadətin müsəlmandan qəbul olması üçün əsas iki şərt var. Birinci şərt ibadətin xalis Allah üçün yerinə yetirilməsidir. İkinci isə ibadətin şəriətə uyğun olmasıdır. Yəni ibadət Allahın buyurduğu kimi, Peyğəmbərin ﷺ etdiyi kimi yerinə yetirilməlidir. Əgər bu şərtlər tamamlanarsa, ibadət qəbuldur. Bir müsəlmanın elminin az olması onun ibadətinin qəbul olmasına maneə deyil. Lakin insan dində nə qədər elmli olarsa, Allaha ibadəti bir o qədər kamil olar. Uca Allah bu xüsusda buyurur: "Allahdan bəndələri içində ancaq alimlər layiqincə qorxar!" (Fatir, 28). Həmçinin oxuyun: