Telefon zəngi əvəzinə Quran ayəsi oxunuşunu qoymaq olarmı?
Və aleykum Salam. Quran ayələrinin oxunuşunu və ya dua səslərini mobil telefon zəngi kimi istifadə etmək düzgün deyil. Çünki Quran dinləmək, dua etmək, insanın Uca Allaha yaxınlaşmaq üçün etdiyi bir ibadətdir. İbadət olan şeylərə hörmət etmək və onların təhqir olunmasından çəkinmək lazımdır. Uca Allah buyurur: "Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır" (əl-Həcc, 32). Telefon hamam və ya ayaqyolu kimi natəmiz yerlərdə zəng çala bilər və Quran ayəsi natəmiz yerlərdə səslənə bilər. Məqsədəuyğun olan budur ki, mobil telefon üçün adi bir zəng seçməkdir. Bu səs Allahın ayələrini ehtiva etməməlidir ki, Allahın ayələri təhqir olunmasın və ona münasib olmayan hallara düşməsin. Eyni zamanda musiqi də olmamalıdır.