Hicablı xanım makiyajdan istifadə edə bilərmi?

    11.06.2014
Kimdən: 
zuleyxa
Sual: 
Salam eleykum.suali vermezden evvel size cox tewekkur etmek isterdim.verdiyiniz cavablar insani cox rahatladir.men insAllah hicaba kecirem.men azda olsa makyajdan istifade etmesem bunu ozume kompleks edirem.azda olsa her gun makyaj cekmeliyem.amma mene dediler hicaba kecirsense qetiyyen makyajdan istifade etmemelisen.adi tuj bele cekmek olmaz.men buna dogru cavabi sizin vereceyinize eminem.ona gore tezlikle cavabinizi gozleyirem.Allah haminizdan razi olsun.sag olun
Cavab: 

Aleykum salam. Hicablı qadın məhrəmlərin yanında ürəyi istədiyi qədər makiyajdan istifadə edə bilər. Naməhrəmlərin yanında cüzi miqdarda cəlbedici olmamaq şərtilə istifadə etmək olar. Uca Allah buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin! Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl-Əhzab, 33).
 

Teqlər: 
Paylaş: