Təqvimlərdə Məğrib namazının vaxtnda 1-2 dəqiqə fərq olarsa hansı təqvimə əsaslanmaq olar?
Sual:
Salam aleykum. Namaz vaxtlarını təyin etmək üçün bir neçə mənbəyə baxıram. Çünki hansısa namaz vaxtlarında dəqiqə fərqləri olur (1 dəq fərq olur). Buna görə də iftar vaxtında hansı dəqiqədə orucu açmalı olduğumu bilmirəm. Məsələn, bir mənbə də məğrib namazının vaxtı 1 dəq tez, digərində isə 1 dəq gec göstərə bilir. Bildiyim qədərilə orucu da vaxtında açmaq lazımdı. Dəqiqə etibarı ilə ən gec göstərən təqvimi əsas götürüm? Qorxuram ki, orucu tez açmış olaram. Belə olsa oruc sayılmır? Cəzəkəallahu xeyrən
Cavab:
Va aleykum Salam. Təqvimlərdə namaz vaxtları arasında dəqiqə fərqi olması normaldır, çünki namazın vaxtları təqribi götürülür. Odur ki siz ən gec olan təqvimə əsaslanıb orucunuzu açın. Həmçinin oxuyun: