Başqası tərəfindən öldürülən insanın Qiyamət günü halı necə olacaq?

    21.01.2025
Kimdən: 
.
Sual: 
Salam aleykum. Eger bir insan öldürülse, onun axiret de veziyyeti nece olur?
Cavab: 

Və aleykum Salam. Başqası tərəfindən haqsızcasına öldürülmüş insan məzlum (zülm olunmuş) insandır və Qiyamət günü onu öldürən insanın savablarından ona verilər, əgər savabı olmasa ölən insanın günahları ona yüklənər. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən: "Bilirsiniz müflis kimdir?" - deyə soruşdu. Onlar: "Müflis, ya Rəsulullah, nə bir dirhəmi, nə də bir malı olan kimsələrimizdir" - deyə cavab verdilər. Onda Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "Ümmətimin müflisləri o kəslərdir ki, onlar Qiyamət günü namazla, orucla və zəkatla, habelə birisini söymüş, birisinə böhtan atmış, birisinin malını yemiş, birisinin qanını tökmüş, birisini də vurmuş olduğu halda Allahın hüzuruna gələcək və zülm etdiyi bu adamlar ondan qisas alaraq onun savablarından götürəcəklər. Əgər ondan tam olaraq qisas alınmadan öncə savabları qurtararsa, həmin adamların günahlarından götürülüb onun günahları üzərinə əlavə edilər, sonra da bu adam Cəhənnəm oduna atılar". (ət-Tirmizi, 248). Həmçinin oxuyun:

Paylaş: